Azərbaycanda özəl sənaye məhəllələri yaradılır

Azərbaycanda özəl sənaye məhəllələri yaradılır

Hazırda oxunan: Azərbaycanda özəl sənaye məhəllələri yaradılır

598017

Azərbaycanda özəl sənaye məhəlləsinin yaradılması gündəmdədir. Hazırda bununla bağlı konseptual hazırlıq işləri aparılır və yaxın illərdə layihənin icrasına başlanılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov jurnalistlərə açıqlamasında bildirib.

"Hazırda 3 belə özəl sənaye məhəlləsi yaradılıb. Ümumilikdə, sənaye məhəllələrinin yaradılması dövlət və özəl sektorun tərəfdaşlığı əsasında həyata keçiriləcək. Qərarlar aidiyyəti qurumlarla razılaşdırılaraq qəbul edilir və prioritet sahələr üzrə mərhələli şəkildə tətbiq olunur.

2025–2030-cu illər ərzində sənaye infrastrukturunun daha da genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və qlobal bazara inteqrasiyanın gücləndirilməsi əsas hədəflərimizdəndir"

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO