İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov konfransda Agentliyin idarəçiliyində olan sənaye zonalarında və Yevlax Pilot Aqroparkında ötən il görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Qeyd edib ki, 2025-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 25 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ötən il sənaye zonalarında 14 müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 136 milyon manat investisiya yatırılıb, 1100 daimi iş yeri yaradılıb.
Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manat sərmayə yatırılıb, 82 müəssisə fəaliyyətə başlayıb, 9700-dən artıq daimi iş yeri yaradılıb.
2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib.
2025-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 4 milyard manata yaxın satış həyata keçirilib ki, bunun da 1,2 milyard manatlıq hissəsi ixracın payına düşür. 2024-cü illə müqayisədə istehsal 21,1%, ixrac 13,4% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. 2025-ci ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edib.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:18 / 24.02.2026
Son 10 ildə sənaye zonalarında 20 milyarda yaxın məhsul satılıb
Hazırda oxunan: Son 10 ildə sənaye zonalarında 20 milyarda yaxın məhsul satılıb
Hazırda oxunan: Son 10 ildə sənaye zonalarında 20 milyarda yaxın məhsul satılıb
597997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































