Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı - FOTO

Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı - FOTO

Hazırda oxunan: Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı - FOTO

597809

Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə ümumilikdə daha 63 ailə yola salınıb.

Bizim.Media xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülüb.

Qeyd edək ki, bu köç də daxil olmaqla Ağdərə rayonunun 9 kəndinə 787 ailənin (3 min 11 nəfər) daimi qayıdışı təmin edilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO