Türkiyədə qızılın qiymətindəki kəskin artım alıcıları daha münasib alternativlərə yönəldib.
Bizim.Media xəbər verir ki, son günlər bazarda gümüşdən hazırlanan "Ajda" qolbaqlarına tələbat rekord həddə çatıb.
Mağazalarda bəzi modellər qısa müddətdə tükənib və satışlarda əsl canlanma yaranıb.
İnsanların seçimini dəyişən əsas amil isə qızıl və gümüş arasındakı böyük qiymət fərqidir. Hazırda 10 qramlıq gümüş qolbağın qiyməti təxminən 2 min lirə (təxminən 77 manat) civarındadır. Eyni çəkidə olan 22 əyarlı qızıl qolbaq üçün isə alıcılar 69 min lirədən (təxminən 2676 manat) keçməli olurlar. Aradakı bu uçurum həm gündəlik istifadə, həm də hədiyyəlik əşya axtaranları gümüş mağazalarına sövq edir.
Alıcılar gümüş məmulatlarının vizual olaraq qızıldan seçilmədiyini və eyni işçiliklə hazırlandığını bildirirlər.
Bir çoxları həm xoş görünmək, həm də büdcəyə qənaət etmək üçün bu üsula əl atdıqlarını qeyd edirlər. Sektor təmsilçiləri gümüşə olan bu marağın hələ uzun müddət davam edəcəyini proqnozlaşdırırlar. (Demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:45 / 23.02.2026
Qızılı taxtından saldı: Bu zinət əşyasına böyük tələbat var
Hazırda oxunan: Qızılı taxtından saldı: Bu zinət əşyasına böyük tələbat var
Hazırda oxunan: Qızılı taxtından saldı: Bu zinət əşyasına böyük tələbat var
597759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































