Ötən il pozuntulara yol verən 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.
Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bələdiyyə sədrləri ilə bağlı cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərildiyi açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Məhkəmə qərarlarını icra etməyən 5 mindən çox şəxs məsuliyyətə cəlb edildi - FOTO
Qeyd edilib ki, 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. 3 mindən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9 100 hektar torpaq sahəsi geri qaytarılıb.
Bizim.Media