Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

Hazırda oxunan: Dayanacaqda saxlayan “BMW” sürücüsü CƏZALANDIRILDI

597511

Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağının içərisinə park edib.

Bizim.Media Avtosfer.az-a istinadən xəbər verir ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW”nin belə park olunması nəticəsində avtobuslar sərnişinləri dayanacaqdan kənarda saxlayaraq mindirib-düşürməli olublar. Bu, həm digər sürücülərin yolunu kəsərək sıxlığa səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirildi ki, “BMW” markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib:

“Onun barəsində AR İXM-nin 346.2-ci ( ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO