Gələn ilin ilk aylarında Dərnəgül bazarının şəhər ətrafına köçürülməsi planlaşdırılır.
Bunu Moderator.az-a
açıqlamasında etibarlı mənbə bildirib. Mənbənin sözlərinə görə, buna səbəb
bazarın fəaliyyəti ilə əlaqədar olaraq ətrafda böyük tıxacların və sıxlığın
yaranması, nəqliyyatın hərəkətinin iflic olmasıdır. Mənbənin sözlərinə görə,
bazarın köçürülməsi təklifi hələ ötən il gündəmə gəlsə də, bəzi amillər səbəbi
ilə bu ideyanı reallaşdırmaq mümkün olmayıb. Köçürülmə ilə bağlı hazırlıq işlərinin
ən yaxşı halda cari ilin sonlarına qədər yekunlaşacağı və köçürmənin yalnız gələn
ilin əvvəlində reallaşacağı gözlənilir.

































































































