Milli Məclisdə ibtidai təhsilin yalnız ana dilində olması təklif edilib.
Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Hikmət Məmmədov Milli Məclisin bugünkü plenar iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, başqa dillərdə təhsil alan uşaqlar böyüyəndə Azərbaycan dilinin ləzzətini ala bilmirlər:
“Çünki onların dil təfəkkürü başqa dil əsasında formalaşır. Təklif edirəm ki, qanunda uşaqların keyfiyyətli təhsil məsələsinə ayrıca bir bənd əlavə edək. İngilisdilli, rusdilli və fərqi yoxdur digər dildə tədris aparan məktəblərdə təhsil alan uşaqlar ibtidai təhsilini Azərbaycan dilində alsın. Biz onda dilimizi daha yaxşı qoruya bilərik”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:23 / 20.02.2026
“İbtidai təhsil yalnız ana dilində olsun!” – Deputatdan TƏKLİF
Hazırda oxunan: “İbtidai təhsil yalnız ana dilində olsun!” – Deputatdan TƏKLİF
Hazırda oxunan: “İbtidai təhsil yalnız ana dilində olsun!” – Deputatdan TƏKLİF
597338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































