Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Hazırda oxunan: Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

597321

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehriban Qarayeva dəfn edilib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

*** 11:08

Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub.


1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO