“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 20.02.2026
9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB
Hazırda oxunan: 9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB
Hazırda oxunan: 9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB
597318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































