Ramazan süfrələrinin bəzəyi – Ən bahalı və ən ucuz xurmalar – ARAŞDIRMA – FOTO

Ramazan süfrələrinin bəzəyi – Ən bahalı və ən ucuz xurmalar – ARAŞDIRMA – FOTO

Hazırda oxunan: Ramazan süfrələrinin bəzəyi – Ən bahalı və ən ucuz xurmalar – ARAŞDIRMA – FOTO

597211

Bu gündən etibarən 11 ayın sultanı Ramazan ayı başladı. Ramazanın ən vacib nemətlərindən olan xurma Məhəmməd peyğəmbərin müsəlmanlara tövsiyə etdiyi qidadır. Günümüzün qida mütəxəssisləri də bu qənaətə gəliblər ki, xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir.

Bundan başqa, xurma həm də antioksidantdır.

Bu da xərçəng hüceyrələrinə qarşı müdafiə qabiliyyətini artırır. Amma tərkibində bol şəkər olduğu üçün diabet xəstələrinə tövsiyə olunmur.

Buna baxmayaraq xurmadan heç cür imtina etmək istəməyənlərə Zahidi xurması məsləhət görülür. Aşağı şəkər miqdarı və yüksək lif tərkibi sayəsində Zahidi xurması şəkər xəstələri üçün daha uyğun seçimdir. Həzm sistemini dəstəkləyir və bağırsaq fəaliyyətini yaxşılaşdırır.

Adətən bayram ərəfəsində satıcılar alıcılardan daha sevincək olurlar. Çünki bir ay boyunca süfrələrdən əskik olmayan xurmanın qiymətləri heç də ucuz saylmaz. Təbii ki, hər cibə uyğun qiymətə xurmalar mövcuddur. Amma piştaxtalara elə xurma növləri düzülür ki, heyranlıqla baxmamaq mümkün deyil. Belə xurmaların isə qiyməti hər cibə uyğun deyil.

Bizim.Media paytaxtın bir neçə mağazalarının qiymətləri ilə maraqlanıb.

Mağazalarda xurmanın qiyməti növünə və istehsalçı ölkəyə görə fərqlənir.

Ən çox müraciət olunan, necə deyərlər “kaslb malı” sayılan İran xurmalarıdır, qiyməti 3-3.20 manat arasında dəyişir. İran xurması çəki ilə 4.50-5 manata  satılır.

Ən çox satılan Mədinə xurması 1 kq 14 manat (Bala Mədinə 8, 10, 12 manat); Səfəvi xurması 21-22 manat, İsrail xurması 24-40 manat, Əcva yaxud “Peyğəmbər xurması” 28-30 manat, Tunis xurması 6-7 manat,  Əlcəzair xurması 16 manatdır.  

Supermarketlərin bəzilərində bayramla əlaqədar olaraq endirimlər edilib. Bundan başqa bahalı xurmaların qiymətinin əlçatan olması üçün kiçik qablaşdırmalarda təklif olunur.

Ramazanın gəlişi ilə bağlı, çərəz mağazalarında hələ ki, qiymətlərdə hər hansı artım müşahidə olunmur, yəni ötən aylarda satılan qiymətlər Ramazanın ilk günündə də keçərlidir. Ehtimal olunur ki, bayrama yaxın qiymətlər arta bilər.








Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO