Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilən Zaur İbrahimov yeni vəzifəyə təyinat alıb.
MÖVZU İLƏ BAĞLI:
Zaur İbrahimov vəzifəsindən azad EDİLDİ
Bizim.Media “Nocomment.az”a istinadla xəbər verir ki, o Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini təyin edilib.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev imzaladığı Əmrlə Zaur Kamal oğlu İbrahimov Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub.
Xatıraldaq ki, fevralın 6-da Prezidentin Sərəncamı ilə Vüsal Nəsirli AAYDA-nın İdarə Heyətinin sədri təyin olunub.
Bizim.Media

































































































