Moskvanın Vnukovo hava limanında Dubaydan 18,5 milyon rubl dəyərində beş üzük gətirən Azərbaycan vətəndaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Üzüklər gömrükdə yoxlama zamanı aşkar edilib.
Məlumata görə, bəyan edilməmiş mallar Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşının baqajında aşkar edilib.
Qadının üzərində daşla bəzədilmiş ağ metal üzüklər gəzdirdiyi aşkar edilib. Onlar müayinə üçün göndərilib. Müayinə zamanı sərnişinin 750 və 950 karatlıq qızıl və platin ərintilərindən hazırlanmış, o cümlədən brilyant qaşlarla örtülü zinət əşyaları daşıdığı məlum olub.
Gömrük əməkdaşları zinət əşyalarını müsadirə ediblər. Ona qarşı cinayət işi açılıb. İndi qadını beş ilə qədər həbs cəzası və ya bir milyon rubla qədər cərimə gözləyir.

Bizim.Media

































































































