Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini MƏHKƏMƏYƏ VERDİ

Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini MƏHKƏMƏYƏ VERDİ

Hazırda oxunan: Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini MƏHKƏMƏYƏ VERDİ

596957

Azərbaycanda kişi bacısının ərini qəbirdaşına görə məhkəməyə verib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonu ərazisində baş verib.

Ağcabədi rayon sakini İdris Fərzəliyev bir müddət Rusiyada dayılarının yanında yaşayıb. 2024-cü ildə İ.Fərzəliyev müəmmalı səbəbdən ölüb və onun nəşi Azərbaycana gətirilərək dəfn olunub.
 

İ.Fərzəliyevin atası onun məzardaşına "Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla öldürülən oğlum" yazısı yazdırıb. Bu yazını görən İ.Fərzəliyevin yeznəsini məhkəməyə verib.


O, xüsusi ittiham qaydasında Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, bacısının həyat yoldaşının onu təhqir etdiyini bildirib. Müraciət məhkəmə tərəfindən qəbul edilsə də, ittihamçı məhkəmə proseslərinə qatılmayıb.

Bundan sonra isə iddiaçı şikayətini geri götürüb. Nəticədə Ağcabədi Rayon Məhkəməsi işə xitam verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO