Azərbaycanın tanınmış şairi Namizəd Xalidoğlu (ədəbi ictimaiyyətdə Qoca Xalid kimi tanınır - red.) vəfat edib.
Bizim.Media xəbər verir ki, 71 yaşlı şairin ölüm səbəbi məlum deyil.
Xatırladaq ki, Qoca Xalid 1954-cü ildə Şəkinin Kiçik Dəhnə kəndində anadan olub. O, Şəki ədəbi mühitinin tanınmış nümayəndələrindən biri hesab olunur.
Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu olan Qoca Xalid Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. O, həmçinin Rusiya xalqlarının VII Artiadasının və Beynəlxalq N.Rubtsov mükafatlarına layiq görülüb. (Oxu.az)

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:45 / 17.02.2026
Azərbaycanda şair vəfat etdi – FOTO
Hazırda oxunan: Azərbaycanda şair vəfat etdi – FOTO
Hazırda oxunan: Azərbaycanda şair vəfat etdi – FOTO
596690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































