Müharibə veteranlarına daha bir neçə güzəşt müəyyənləşdirildi - ƏTRAFLI

Müharibə veteranlarına daha bir neçə güzəşt müəyyənləşdirildi - ƏTRAFLI

Hazırda oxunan: Müharibə veteranlarına daha bir neçə güzəşt müəyyənləşdirildi - ƏTRAFLI

59666

Əmək Məcəlləsində Vətən müharibəsi veteranlarına müəyyən güzəştlərin edilməsi üçün dəyişikliklər təklif edilib. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib. 

Onun sözlərinə görə, Məcəllədə qazilər üçün bəzi imtiyazların edilməsi nəzərdə tutulur: 

“İşəgötürənlər ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslərin seçimi zamanı müharibə iştirakçılarına üstünlük verməlidir. Eyni zamanda ödənişsiz məzuniyyətin verilməli olduğu hallar da müəyyən edilib. Bilirik ki, əmək məzuniyyətindən istifadə növbəlilik prinsipi ilə olur. Lakin Əmək Məcəlləsinin 130-cu maddəsində qazilərə məzuniyyətin verilməsinin növbədənkənar olması hüququ müəyyən edilib”. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO