Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

Hazırda oxunan: Qarabağ Universiteti ilə Belarusun ali məktəbləri arasında tərəfdaşlıq müzakirə edildi - FOTO

596656

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Qarabağ Universitetində olub. Səfər çərçivəsində Dmitri Pineviç Qarabağ Universitetinin rektoru Şahin Bayramov ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, tərəflər Qarabağ Universiteti ilə Belarus universitetləri arasında ali təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərini, o cümlədən tələbə və akademik heyət mübadiləsi, birgə elmi-tədqiqat layihələri və innovasiya istiqamətində tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
 

Səfir, həmçinin Qarabağ Universitetinin əsas tədris binası, eləcə də Tibb və sağlamlıq elmləri və Biznes və İqtisadiyyat fakültələrinin maddi-texniki bazası və mövcud infrastrukturu ilə tanış olub, auditoriyalar, ixtisaslaşmış laboratoriyalar və digər tədris məkanlarına baxış keçirib.


Qonağa universitetdə təşkil olunan müasir tədris prosesi, tətbiq olunan innovativ yanaşmalar və tələbələr üçün yaradılmış akademik və sosial şərait barədə geniş məlumat təqdim edilib.

Qeyd edək ki, səfər çərçivəsində Dmitri Pineviç Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayevlə də görüşüb. Görüşdə tibb təhsili, klinik infrastrukturun inkişafı, praktik hazırlıq imkanları və səhiyyə sahəsində beynəlxalq əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO