Naxçıvanda dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva deyib ki, onların vəziyyəti daxil olarkən çox ağır qiymətləndirilib.
O qeyd edib ki, azyaşlılar dərhal Reanimasiya şöbəsinə yerləşdirilib və ilkin tibbi yardım göstərilməyə başlanılıb. Hazırda uşaqların vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir.
Uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35–40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan 2 nəfər yetkin yaşlı vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb. Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir.
"İlkin ehtimallara görə hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib. Müalicə tədbirləri davam etdirilir"- deyə mərkəzin baş həkimi əlavə edib.
Bizim.Media


































































































