Landmark İş Mərkəzi yaşıl enerjiyə keçir

Landmark İş Mərkəzi yaşıl enerjiyə keçir

Hazırda oxunan: Landmark İş Mərkəzi yaşıl enerjiyə keçir

59617

Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Landmark İş Mərkəzi enerjiyə olan tələbatının alternativ enerji mənbələri hesabına əldə etmək və beləliklə də, ölkəmizdə yaşıl enerjiyə praktikada keçid edən ilk işgüzar məkan olmağa hazırdır.

Bizim.Media caspianbarrel.org saytına istinadən xəbər verir ki, bunun üçün Landmark İş Mərkəzinin birinci binasının damında günəş panelləri quraşdırılıb.

Caspian Barrel Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlunun (2016- 2017-ci illərdə Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə Direktor vəzifəsində işləyib – CB) “Twitter” səhifəsindəki paylaşımına istinad edərək bildirir ki, 210 kVt/saat elektrik enerjisi vermək qabiliyyətində olan günəş panelləri sisteminin ilk fazası artıq işə salınıb.

İş mərkəzinin isitmə, havalandırma və soyutma sistemi üçün tələb olunan enerji 100% yaşıl enerji hesabına həyata keçiriləcək.

Qeyd edək ki, Landmark İş Mərkəzi binasının bənzərsiz bir tarixi var. 1903-1909-cu illər arasında tikilən bu bina 1988-ci ilə qədər şəhərin ən böyük un dəyirmanı olaraq qalıb.

Köhnə dəyirman Bakının neft bumu yüksəkliyində tikilmişdi. Klassik formada layihələndirilən binanın xarici görünüşü tağlı pəncərələr, pilasterlar və dekorativ kornişlərlə zərif şəkildə işlənmişdi.

Onun L – formalı planı Xəzərdən gələn küləklərdən qorunmaq üçün daxili həyəti olan Bakı evlərinin ənənəvi dizaynını əks etdirir.

Memarlıq baxımından fərqli struktur dörd ayaq qalınlığında daş divarları, klassik xarici detallar, xeyli yük daşıma qabiliyyətinə sahib böyük lövhələr, incə çuqun sütunlar və geniş tavan hündürlüklərinə malikdir.

 

Landmark I binası 1997-1998-ci illərdə tarixiliyini qorumaq şərti ilə müasir üslübda təmir edilmiş və altı mərtəbəli çoxməqsədli ofis binası kimi həmin zamandan istifadəçilərin xidmətindədir.

 

Caspian Barrel Landmark İş Mərkəzinin icarədarlarının siyahısı ilə tanış olarkən burada ənənəvi enerji (neft və qaz) hasilatı ilə məşğul olan 5 şirkətin yerləşdiyini müəyyən edib: bp, TotalEnergies, JOCAP, Salyan Oil, və ExxonMobil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO