Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

Hazırda oxunan: Azərbaycan və Çin arasında birgə universitet yaradılır? – FOTO

596082

Elm və Təhsil Nazirliyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində nazir müavini Həsən Həsənli ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə süni intellekt, ümumi və ali təhsil sahələrində yeni təşəbbüslər, həmçinin birgə universitetin yaradılması imkanları üzrə geniş fikir mübadiləsi aparılıb. 
 

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Huawei şirkətinin baş ofisində də görüş keçirib. Tərəflər informasiya-kommunikasiya texnologiyaları, təhsilin idarəolunması üzrə innovativ həllər, süni intellekt, rəqəmsal transformasiya və tədqiqat-inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.


“Huawei” nümayəndələri süni intellekt üzrə son texnoloji yeniliklər, qlobal layihələr, təhsil və elmi müəssisələrlə birgə laboratoriyaların yaradılması, kadr hazırlığı və bilik transferi mexanizmləri barədə təqdimatla çıxış ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO