“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

“Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

Hazırda oxunan: “Danone” MMC Azərbaycanda ləğv olunubsa, məhsulları kim və necə SATIR? – FOTOFAKT

596072

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Fransanın qlobal qida şirkəti “Danone” MMC Azərbaycanda ləğv olunub. 2006-cı ilin noyabr ayında Azərbaycanda dövlət qeydiyyatına alınmış “Danone” şirkəti süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub.

Həmçinin, bir neçə gün əvvəl Türkiyə mətbuatında çıxan xəbərlərə əsasən, “Danone” şirkətnə məxsus “Aptamil” qidasının tərkibində uşaqların sağlamlığı üçün təhlükə yaradan toksin serulid olduğuna görə bu qidanın Türkiyədən geri çağırılması prosesi başlayıb. 

Bizim.Media əməkdaşı məsələ ilə bağlı bir neçə marketdə araşdırma aparıb. Müşahidələr göstərir ki, marketlərdə “Danone” şirkətinin istehsal etdiyi süd məhsulları hələ də satışdadır. 

Əgər “Danone” MMC Azərbaycanda ləğv edilibsə, bu brendin məhsulları ölkə marketlərində hansı hüquqi əsasla satılır?


Qeyd edək ki, bu məsələ birbaşa Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi-nin (AQTA) məsuliyyət dairəsinə daxildir. Çünki ölkəyə idxal olunan, istehsal edilən və satışa çıxarılan hər bir qida məhsulunun hüquqi statusu, qeydiyyatı və təhlükəsizlik sənədləri məhz bu qurumun nəzarətində olmalıdır.

Əgər şirkət ölkədə fəaliyyətini dayandırıbsa, məhsullar hansı idxalçı şirkət tərəfindən gətirilir? Sertifikat və uyğunluq sənədləri kimə məxsusdur? Rəsmi distribyutor varmı, yoxsa satış köhnə müqavilələr əsasında davam edir?

İstehlakçı qarşısında hüquqi məsuliyyəti kim daşıyır?

Hazırda marketlərdə satılan “Danone” şirkətinə məxsus süd məhsullarının fotoşəkillərini təqdim edirik:
















Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO