Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi – FOTO

Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi – FOTO

Hazırda oxunan: Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi – FOTO

596016

Vətən müharibəsi şəhidi gizir Telman Kəlbiyevin anası vəfat edib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhidin anası Dilşad Kəlbiyeva yaşadığı Neftçala rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, T.Kəlbiyevin nəşi müharibə bitəndən xeyli sonra Murovdağ istiqamətində aşkar edilərək Neftçalaya gətiriləndə anası onun tabutu önündə qurban kəsdirmişdi.

1988-ci il təvəllüdlü T.Kəlbiyev vəfatından 85 gün sonra Neftçalanın Şəhidlər xiyabanında dəfn edilib. O, şücaətlərinə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 

Qeyd edək ki, 2023-cü ildə D.Kəlbiyeva yaşadığı evdə soyğunçuluq cinayətinə məruz qalmışdı.


Evinə basqın edən həmkəndlisi Aqil Sadıqov 800 manat pulu ələ keçirmişdi. Daha sonra həmin şəxs polis tərəfindən tutulmuşdu.

Fotolarda: şəhid Telman Kəlbiyev




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO