ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

Hazırda oxunan: ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

595914

ADY kənar müdaxilələrin dəmir yollarına təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə işləri görsə və infrastrukturda yenilənmələr aparsa da, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas nüanslardan biri olaraq qalır.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, 2025-ci ildə diqqətsizlik, tələskənlik və ya mövcud qaydalara laqeydlik nəticəsində
ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama ediblər;

- 18 dəfə toqquşma qaçılmaz olub;

- nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb.

“Qeyd olunan hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır.

ADY bir daha insanlarımızı dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, istisnasız qaydada dəmir yolu keçidlərindən istifadə etməyə, qayda və tələbləri gözləməyə çağırır. Dəmir yolunu yüz ölçün, bir keçin”, - məlumatda bildirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO