Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub.
Bizim.media xəbər verir ki, iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevi və yeni təyin olunmuş birinci vitse-prezident Rövşən Nəcəfi təyinatları münasibəti ilə təbrik edib.
MÖVZU İLƏ BAĞLI:
SOCAR-ı idarə edənlərin sayı ARTIRILDI: Onlar kimlərdir? - ADLAR+FOTO
M.Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən Rövşən Nəcəfin həm də SOCAR prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəyini qeyd edib.
M.Cabbarov SOCAR-ın Azərbaycan iqtisadiyyatı üçün əvəzedilməz rolunu vurğulayaraq, şirkətin artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu söyləyib.
Bizim.Media