Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

Hazırda oxunan: Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? - FOTO

595853

Ağsu-Şamaxı bölgəsinə yağan qar dünən günün ikinci yarısından etibarən dayanıb. Dünənlə müqayisədə havanın temperaturu nisbətən yüksəlib. Ötən günlərdə yağan qarın sürücülərə çətinlik yaratdığı yollar tam təmizlənib.

Bizim.Media xəbər verir ki, Bakı–Şamaxı–Yevlax və Muğanlı–İsmayıllı avtomobil yollarının hərəkət hissəsində hazırda qar və buz qalıqları yoxdur.

Son günlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi qar və buzla örtülmüş ərazilərdə fasiləsiz təmizləmə işləri aparıb. Yağıntının dayanması və temperaturun yüksəlməsi nəticəsində hazırda sözügedən yollarda hərəkət tam bərpa olunub. Nəqliyyat vasitələri hər iki istiqamətdə rahat şəkildə hərəkət edə bilir. (Azərtac)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO