Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib.
Bizim.Media xəbər verir ki, BMT QAK məlumat yayıb.
Bildirilib ki, regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofis bazasında fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə rəhbərlik edəcək.
BMT QAK-da 23 ildən artıq humanitar təcrübəyə malik Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə vəziyyətlər şəraitində rəhbər vəzifələrdə çalışıb.
Mərkəzi Asiyaya təyinatından əvvəl o, təşkilatın Yunanıstan və Ukraynada nümayəndə müavini kimi fəaliyyət göstərib. Daha əvvəl isə Suriya və Türkiyədə əməliyyat və koordinasiya üzrə yüksək vəzifələr tutub.
Karyerasına əvvəlki mərhələlərində M.Səfərli Əfqanıstan, Liviya, Ukrayna, Qırğızıstan, Liberiya və Azərbaycanda BMT QAK-ın humanitar əməliyyatlarında hüquqi müdafiə və idarəetmə istiqamətləri üzrə müxtəlif vəzifələrdə çalışıb.
O, həmçinin 2016-2019-cu illərdə Cenevrədə yerləşən Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor vəzifəsini icra edib.
M.Səfərli yeni vəzifəsində regionda qaçqınların müdafiəsi sisteminin gücləndirilməsi və vətəndaşsızlıq probleminin həlli istiqamətində fəaliyyətə rəhbərlik edəcək.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, hüquq və dövlət idarəçiliyi üzrə təhsil alıb, həmçinin beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq və münaqişələrin qarşısının alınması sahələrində Finlandiyada, İtaliyada və Norveçdə ixtisasartırma proqramlarından keçib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:33 / 12.02.2026
Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU
Hazırda oxunan: Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU
Hazırda oxunan: Mahir Səfərli BMT-də rəhbər vəzifəyə TƏYİN OLUNDU
595847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































