Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Hazırda oxunan: Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

595798

"Best Model of Azərbaycan"ın direktoru Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırılıb.

Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlı qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, "Best Model of Azerbaijan" MMC-nin, "Miss and Mister Grand" MMC-nin və Elxan Paşayevin rəhbərlik etdiyi başqa bir şirkətin (adını dəqiqləşdirmək mümkün olmayıb) dövlət büdcəsinə borcu olub.

Borc vaxtında ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək Elxan Paşayevin ölkədən çıxışına "stop" qoyulmasını istəyib. Məhkəmə də ərizəni təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO