Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
Bizim.Media xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.
F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.
Qeyd edək ki, G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılmışdı.
Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı.
Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:04 / 12.02.2026
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
Hazırda oxunan: Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
Hazırda oxunan: Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
595794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































