Bakının Nəsimi rayonu ərazisindəki qəzalı evlər söküləcək.
Bizim.Media “Xəzər TV”yə istinadla xəbər verir ki, Mirəli Qaşqay 34 ünvavanında 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbli evlərə artıq baxış keçirilib.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları ərazidəki mənzillərin ölçülərini də götürüblər.
Lakin sakinlər mənzillərin ölçülərinin evin iç divarlarından hesablanmasından narazılıqlarını bildiriblər.
İlkin ehtimala görə, ərazidə park salınacaq.
Mənzillərin hər kvadratmetrinə düşən məbləğlə bağlı isə hələ heç nə deyilməyib.
Söküntü ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, qeyd edilən ünvan qəzalı binaların siyahısına daxil edilib və yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək ətraflı məlumat veriləcək.
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:52 / 12.02.2026
Bakının daha bir ərazisində qəzalı evlər söküləcək – Yerində park salınacaq – VİDEO
Hazırda oxunan: Bakının daha bir ərazisində qəzalı evlər söküləcək – Yerində park salınacaq – VİDEO
Hazırda oxunan: Bakının daha bir ərazisində qəzalı evlər söküləcək – Yerində park salınacaq – VİDEO
595789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































