“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Hazırda oxunan: “Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

595768

Bakı Apellyasiya Məhkəməsində baxılan cinayət işlərindən birində diqqət çəkən və duyğusal an yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə vəkil Zaur Saadov sosial şəbəkə hesabında paylaşım edib.

Vəkil yazıb ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin azyaşlı qızı da iclas zalına daxil olub. Uşağı görən hakim Əli Məmmədov valideynə irad bildirib və azyaşlının dərhal zaldan çıxarılmasını tələb edib.

Hakimin bu tələbini əsaslandırarkən dediyi sözlər isə məhkəmə zalında olanları duyğulandırıb:

“Hər ata övladı üçün bir qəhrəmandır. Atanı qolu qandallı uşağa göstərməklə onun qəhrəmanını öldürməyin”.
 

Hakimin bu sözlərindən sonra azyaşlı məhkəmə zalından çıxarılıb.


Qeyd edək ki, Əli Məmmədov bir neçə ay əvvələ qədər Bakı Ağır Cinayətlər Məhkəməsində işləyib. O, əsasən çoxsaylı bəraət hökmləri ilə tanınır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO