Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

Hazırda oxunan: Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

595746

Keçmişdə baş vermiş xoşagəlməz hadisə, köhnə xəbər, hətta çoxdan çəkilmiş uğursuz şəkil (utandırıcı, estetik əməliyyatdan öncəki) illərlə axtarış sistemlərində qarşıya çıxa bilər. Kimsə siz istəmədiyiniz halda onu götürüb yenidən istifadə edə, paylaşa bilər. Bu əlbəttə keçmişi silmək istəyən şəxsin xoşuna gəlməyəcək, qanını qaraldacaq.

Halbuki çoxlarının bilmədiyi mühüm bir hüquq var – unudulmaq hüququ.

Cəmiyyətin böyük hissəsi bu hüququn mövcudluğundan ya ümumiyyətlə xəbərsizdir, ya da onun necə həyata keçiriləcəyini bilmir. Yəni, rəqəmsal dövr, çoxlarının düşündüyü kimi “başıpozuq” bir epoxa deyil, sadəcə hüquqlarını bilməklə, dövrün sürətinə ayaq uydurmaq olar.

Bəs unudulmaq hüququ nədir?

Unudulmaq hüququ şəxsə özü haqqında internetdə yayılan məlumatların silinməsini tələb etmək imkanını tanıyır. Bu hüquq şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin qorunması, eləcə də fərdi məlumatların müdafiəsi prinsiplərinə əsaslanır.

Yuxarıda sadalanan hallardan başqa, artıq hüquqi qüvvəsi olmayan bir hadisə (məsələn, ödənilmiş borc, bəraət almış cinayət işi, keçmişdə idxal olunmuş qüsurli məhsul və s.), natamam, qanunazidd məlumatlar da ola bilər.

Yalnız ictimai maraq daşıyan (məsələn, dövlət məmurları, ictimai fiqurlar barədə), eləcə də məramını aşmayan jurnalist araşdırması olduqda, qarşı tərəf unudulmaq hüququ tələb edə bilməz.

Qeyd edək ki, qanunda birbaşa unudulmaq hüququ üçün ayrıca cərimə məbləği göstərilməyib. Cərimələr fərdi məlumatların həcmi, istifadə və yayılma dərəcəsinə görə müəyyənləşdirilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO