Pensiyalar yeni artımla BU TARİXDƏ ödəniləcək

Pensiyalar yeni artımla BU TARİXDƏ ödəniləcək

Hazırda oxunan: Pensiyalar yeni artımla BU TARİXDƏ ödəniləcək

595682

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
 

Bildirilib ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.


Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO