Rusiyada həbs edilən azərbaycanlı Bakıya gətirildi

Rusiyada həbs edilən azərbaycanlı Bakıya gətirildi

Hazırda oxunan: Rusiyada həbs edilən azərbaycanlı Bakıya gətirildi

59558

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İki il əvvəl törədilən cinayətin üstü açıldı - Qadını həmkəndlisi öldürübmüş...


Şəmkir rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində 23.04.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. 

R.Mustafayev 24.08.2021-ci il tarixdə Rusiyada müəyyən edilərək saxlanılmışdır. 09.02.2021-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Röyal Mustafayev Rusiya Federasiyasından Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO