İxtira hesab olunmayan anlayışların siyahısı genişləndirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla ənənəvi biliklərə aid olan obyektlər ixtira sayılmayacaq.
Bundan əlavə, insanın klonlaşdırılması üsulları və onun klonu patent obyekt kimi qəbul edilməyəcək.
Layihəyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:33 / 10.02.2026
Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq
Hazırda oxunan: Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq
Hazırda oxunan: Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq
595441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































