Son illər Xəzər dənizi sahillərində suitilərin kütləvi ölüm halları baş verirdi. İndi isə dənizkənarı ərazilərdə quş cəsədlərinə rast gəlinir. Xüsusilə də, Şıxov çimərliyində xoşagəlməz vəziyyət müşahidə olunur.
Maraqlıdır ki, quş cəsədlərində heç bir kənar müdaxilə görünmür. Sanki açıq dənizdə ölən quşları dalğalar sahilə atıb.
Bəs bu quşların ölüm səbəbi nə ola bilər?
Bununla bağlı Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutuna müraciət etdik. İnstitutun “Quru onurğalıları” laboratoriyasından Bizim.Media-ya bildirildi ki, ölən quşlar kiçik ağ vağ nəslindəndir:
“Amma bu quşların hansı səbəbdən öldüyünü deyə bilmərik. Çünki bunun üçün araşdırma aparmaq, cəsədləri analiz etmək lazımdır. Yalnız bundan sonra quşların ölüm səbəbi barədə konkret fikir söyləmək olar”.
Suxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 10.02.2026
Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO
Hazırda oxunan: Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO
Hazırda oxunan: Xəzərin sahilində quş cəsədləri aşkarlandı – VİDEO
595426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































