“ChatGPT”də reklam da olacaq

“ChatGPT”də reklam da olacaq

Hazırda oxunan: “ChatGPT”də reklam da olacaq

595425

“OpenAI” şirkəti “ChatGPT” çat-botunda reklamların yerləşdirilməsinə başlayır.

Bizim.Media “Axios” portalına istinadən xəbər verir ki, bu funksiya ilk olaraq ABŞ-dakı istifadəçilər üçün aktivləşdiriləcək.

Belə ki, həmin ölkədə “ChatGPT”nin ödənişsiz versiyasından istifadə edənlər test rejimində reklamlarla qarşılaşacaqlar.

Məlumata görə, həmin reklamlar çat-botun cavablarına təsir etməyəcək.

Bununla belə, reklamlar söhbətin mövzusu, əvvəlki dialoqlar və istifadəçilərin reaksiyaları əsasında formalaşdırılacaq.

İddialara əsasən, şəxsi məlumatlar və yaxud yazışmalar reklam verən şəxslər üçün əlçatan olmayacaq.

Portal həmçinin qeyd edib ki, neyroşəbəkənin ödənişli “Pro” və yaxud “Plus” tariflərinə keçərək reklamdan imtina etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO