Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA

Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA

Hazırda oxunan: Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA

595423

Bakıda ictimai nəqliyyatın genişləndirilməsi və inkişafı nəzərdə tutulur. Xüsusilə yeni metro stansiyalarının inşası planlaşdırılır. Yaxın gələcəkdə tramvay xətlərinin bərpası da gündəmdədir ki, bu da Bakının mərkəzindən nisbətən kənarda yerləşən yaşayış məntəqələri - Əhmədli, Günəşli, Sabunçu və digər ərazilərlə gediş-gəlişi daha da asan və rahat edəcək.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə deyib.

Onun sözlərinə görə, şəhərin mərkəzindən kənar ərazilərdə kiçik yerli mərkəzlərin formalaşdırılması nəzərdə tutulur. Bu mərkəzlərdə insanlar gündəlik tələbatlarını - ticarət, səhiyyə, təhsil, istirahət və digər xidmətləri - öz yaşadıqları ərazilərdə ödəyə biləcəklər.

Beləliklə, vətəndaşların ən xırda ehtiyaclar üçün şəhər mərkəzinə üz tutmasına zərurət qalmayacaq.

“Bu yanaşma nəticəsində hər rayonun və hər yaşayış məntəqəsinin özünəməxsus istirahət və ictimai toplaşma məkanları formalaşacaq. Həmin məkanlarda ticarət, səhiyyə, xidmət və digər sahələr üzrə imkanlar yaradılacaq ki, bu da nəqliyyat axınının azalmasına, insanların lazımsız hərəkətinin minimuma endirilməsinə və ümumilikdə şəhər həyatının daha səmərəli təşkilinə xidmət edəcək. İctimai nəqliyyatın genişləndirilməsi əsas istiqamətlərdəndir. Yeni metro stansiyalarının tikintisi və tramvay xətlərinin bərpası planlaşdırılır. Eyni zamanda, şəhərdən kənar ərazilərdə lokal ictimai mərkəzlərin yaradılması nəzərdə tutulur. Bu, insanların gündəlik ehtiyaclarını yaşadıqları ərazilərdə qarşılamağa imkan verəcək və nəqliyyat yüklənməsini azaldacaq”, - deyə Memarlar İttifaqının İdarə Heyətinin sədri bildirib. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO