İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

Hazırda oxunan: İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

595291

Son zamanlarda yerli icra hakimiyyətlərində müəyyən struktur islahatları aparılır. Bəzi ştatlar ixtisara salınır, bir sıra şöbələr birləşdirilir.

Nəzərə alaq ki, son zamanlar icra hakimiyyəti institutunun ləğv ediləcəyi ilə bağlı müzakirələr daha da artıb. Xüsusilə də, işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi institutunun bütün ölkə üzrə tətbiqinin mümkünlüyü müzakirə predmetidir.

Bu müzakirələr fonunda icra hakimiyyətlərindənki struktur dəyişiklikləri bəzi suallar meydana çıxarıb:

Bu islahatlar nə ilə bağlıdır? İcra hakimiyyətlərinin ləğvinə hazırlıq gedir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, icra hakimiyyətləri hər zaman zəruridir:

“Yerlərdə idarəetməni kim həyata keçirməlidir? İcra hakimiyyəti olmasın, başqa ad olsun. Yəni, ali icra hakimiyyətin yerlərdə funksiyalarını həyata keçirəcək strukturun olması vacibdir. Yeni çağırışlar fonunda müəyyən funksional dəyişikliklər ola bilər. Xarici ölkələrin praktikasına baxsaq, görərik ki, bələdiyyələrin fəaliyyəti daha aktivdir. Yerlərdəki bütün təsərrüfat işlərini bələdiyyələr icra edir. Amma digər məsələləri valilik institutu həyata keçirir.

O ki qaldı xüsusi nümayəndəliklərin tətbiqinə...

Bu məsələdə konstitusion dəyişikliyə ehtiyac var. Çünki Konstitusiyada icra hakimiyyətləri nəzərdə tutulur. Ümid edirik ki, bu müzakirələr sonda Konstitusiya dəyişikliyi ilə yekunlaşar. Orada daha dəqiq göstərilər ki, hansı formada idarəetmə lazımdır. Bununla belə hesab edirəm ki, icra hakimiyyəti mütləq lazımdır. Onun adını başqa formada da qoymaq olar. Amma bu institut vacib idarəetmə strukturudur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO