Əmisinin baltaladığı yeniyetmə EVƏ BURAXILDI

Əmisinin baltaladığı yeniyetmə EVƏ BURAXILDI

Hazırda oxunan: Əmisinin baltaladığı yeniyetmə EVƏ BURAXILDI

595286

Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmə xəstəxanadan evə buraxılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo.az”ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI: 

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi


Bildirilib ki, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxə zəruri tibbi yardım göstərilib.O, fevralın 6-da ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Cəlilabadda 14 və 15 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib. Onlar Cəlilabad RMX-yə çatdırılsalar da, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Daha sonra onun özünün də ölüm xəbəri yayılıb. Məlum olub ki, o, saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb. Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib və müalicə aldığı xəstəxanada ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO