Qar yağacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qar yağacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Hazırda oxunan: Qar yağacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

595276

Fevralın 10-11-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 

Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur.


Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.

Azərbaycanın rayonlarında da fevralın 10-11-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Fevralın 10-12-də bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO