Ombudsman yaralı hərbçilərlə görüşdü

Ombudsman yaralı hərbçilərlə görüşdü

Hazırda oxunan: Ombudsman yaralı hərbçilərlə görüşdü

5952

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan yaralanmış hərbi qulluqçulara baş çəkib.

Ombudsman Aparatının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Səbinə Əliyeva müharibə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçularla görüşüb, başçəkmə çərçivəsində hospitalın ərazisinə baxış keçirilib. Ombudsman müəssisədə yeni istifadəyə verilmiş təcili tibbi yardım maşınları, digər müasir texniki avadanlıqlarla tanış olub.

Palatalarda hərbi qulluqçulara baş çəkən Ombudsman onların sağlamlıq vəziyyəti, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Səbinə Əliyeva hərbi qulluqçularımızı müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər münasibətilə təbrik edib, onlara şəfa diləyib. Hərbi qulluqçular onlara göstərilən qayğı, tibbi xidmətlər və qidalanma səviyyəsindən razılıqlarını ifadə ediblər.

Müvəkkil torpaqlarımızın azad edilməsi uğrunda müharibədə tibb işçilərinin də könüllü olaraq ön cəbhəyə gedərək əsgər və zabitlərimizlə çiyin-çiyinə dayandığını, həmçinin 42 tibb işçisinin cəbhədə xidməti vəzifəsini yerinə yetirərək yaralı hərbi qulluqçulara təxirəsalınmaz tibbi yardım göstərərkən qəhrəmancasına şəhid olduğunu, ümumilikdə 159 tibb işçisinin yaralandığını bildirərək, Vətən müharibəsi zamanı tibb işçilərinin xüsusi rolu barədə danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO