Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Hazırda oxunan: Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

594847

“Azərbaycan xalqı zəngin mədəni irsə malik xoşbəxt xalqlardandır. Minilliklər boyu formalaşmış mədəniyyətimiz, dahi memarlarımız, rəssamlarımız və sənətkarlarımız sayəsində Azərbaycan dünyada tanınır və yüksək qiymətləndirilir". 

Bizim.Media xəbər verir ki, bunu Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov böyük Mirzə Qədim İrəvaniyə həsr olunmuş kitabın təqdimatında bildirdi. 

O, diqqətə çatdırdı ki, İrəvani Azərbaycan təsviri sənətində özünəməxsus məktəb yaratmış sənətkarlardandır.

O, Avropa klassik sənətinin ənənələrini Azərbaycan təsviri sənəti ilə ustalıqla birləşdirərək yeni bir bədii nəfəs gətirib. Miniatür sənətindən, xalça ornamentlərindən, kitab qrafikasından bəhrələnərək bu elementləri müasir yanaşma ilə sintez etmiş və sənət tariximizdə xüsusi yer tutan əsərlər yaradıb.
 

Onun mənzərələri, təəssürat üslubunda işlənmiş tabloları, eləcə də keramika sahəsindəki işləri Azərbaycan təsviri sənətinin inkişafına böyük töhfədir. Sənət tariximizdə Sultan Məhəmməd kimi böyük ustadlarımız, müasir dövrdə isə yeni nəfəs gətirən sənətkarlarımız var.


Bu gün belə sənətkarların irsinin yaşadılması və təbliği mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO