Yeni səhiyyə nazirindən vətəndaşlara TÖVSİYƏ – “Zənginizə cavab verilmirsə, yenidən zəng vurun”

Yeni səhiyyə nazirindən vətəndaşlara TÖVSİYƏ – “Zənginizə cavab verilmirsə, yenidən zəng vurun”

Hazırda oxunan: Yeni səhiyyə nazirindən vətəndaşlara TÖVSİYƏ – “Zənginizə cavab verilmirsə, yenidən zəng vurun”

59483

“Qaynar Xətt"ə daxil olan bütün zənglər cavablandırılır. Kimin zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm”. 

Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə şikayətlə bağlı daxil olan hər bir müraciət qeydə alınır və təhlil olunur:

"Məsələ tam dərindən öyrənilir. Vətəndaş məmnunluğunun təmin etmək üçün bütün lazımi addımlar atılır". 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda vahid səhiyyə çağrı mərkəzi yaradılacaq – RƏSMİ


Nazir həmçinin pandemiya dövründə edilən şikayət çoxluğuna da aydınlıq gətirib: “Nəzərə almaq lazım idi ki, pandemiya bütün dünya üçün yeni bir sınaq idi. Təbii ki, bütün şikayətlər araşdırılır. Misal olaraq, Bakı üzrə poliklinikaların nəzdində 41 məntəqə fəaliyyət göstərir.

Onlar da test götürməklə məşğuldurlar. Son zamanlar koronavirusun yeni ştamı olan “Omikron”un yoluxuculuq qabiliyyətinin yüksək olmasından yoluxma sayları kəskin sürətdə artır.

Bu da istər-istəməz şikayətlərin sayına təsirsiz ötüşmür. Qeyd edim ki, tibb işçiləri axşam saat 9-a kimi işləyir. Ona görə də əhalinin bu məsələdə anlayışlı olmağa səsləyirəm”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO