Daxili İşlər Nazirliyi İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edən Goranboy sakini Sərdar Həsənovla bağlı açıqlama yayıb.
DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb.
MÖVZU İLƏ BAĞLI:
Goranboyda özünü yandıran şəxsin kimliyi açıqlandı – 26 yaşı var və...
Hadisə zamanı iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.
S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media