Bank və dövlət sektorlarına fişinq cəhdləri olub – RƏSMİ

Bank və dövlət sektorlarına fişinq cəhdləri olub – RƏSMİ

Hazırda oxunan: Bank və dövlət sektorlarına fişinq cəhdləri olub – RƏSMİ

594800

Bank və dövlət sektorlarına qarşı fişinq cəhdi ilə bağlı araşdırma aparılıb. 

Bu barədə Bizim.Media-ya Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) məlumat verilib. 
 

Bildirilib ki, Xidmət tərəfindən steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırılıb.


Təhlil nəticəsində müəyyən edilib ki, hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə “Remcos RAT” tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.

Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.

Qurumlar və təşkilatlar şübhəli fəaliyyətlər, aşkar edilmiş indikatorlar və kiberinsidentlər barədə Milli CERT ilə operativ məlumat mübadiləsi aparmağa və əməkdaşlığa dəvət olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO