Mehdiyevin məşhur kadrı vəzifədən ÇIXARILDI

Mehdiyevin məşhur kadrı vəzifədən ÇIXARILDI

Hazırda oxunan: Mehdiyevin məşhur kadrı vəzifədən ÇIXARILDI

594790

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vəzifəsindən kənarlaşdırılıb.

Bizim.Media “Teleqraf.az”a istinadla xəbər verir ki, Q.Əliyev təqaüd yaşının çatması ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Məlumatı YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli təsdiqləyib.
 

Qeyd edək ki, Ana Vətən partiyasının sabiq sədri Fəzail Ağamalı Ramiz Mehdiyevin 2003-cü ildə prezident olmaq üçün müxalifətlə danışıqlara başladığını bildirmişdi. Onun sözlərinə görə, bu danışıqları ulu öndər Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynov və vaxtilə Prezident Administrasiyasında mühüm vəzifədə işləyən, hazırda isə YAP Qaradağ rayon təşkilatının sədri olan Qafar Əliyev həyata keçirirdi.


Xatırladaq ki, bu hadisədən qısa müddət sonra Rauf Hüseynov vəzifədən azad edilsə və ölkədən getsə də, Qafar Əliyev daha bir neçə il PA-da vəzifəsini qorumuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO