İrandan Rusiyaya aparılan "qarpız" yükündə külli miqdarda narkotik aşkarlandı – FOTO

İrandan Rusiyaya aparılan "qarpız" yükündə külli miqdarda narkotik aşkarlandı – FOTO

Hazırda oxunan: İrandan Rusiyaya aparılan "qarpız" yükündə külli miqdarda narkotik aşkarlandı – FOTO

594457

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bizim.Media xəbər verir ki, narkotik vasitə "Cənub-Astara" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
 

Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.


Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 61 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO