Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin Aparatında Baş İdarə rəisi təyin edilib.
Qeyd edək ki, A.Babayev əvvəllər DSX Akadrmiyasının rəisi, daha sonra Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi işləyib.
İki ay əvvəl “İgidliyə görə”, daha əvvəl isə Vətən uğrunda" medalları ilə təltif edilib.
Bizim.Media































































































