Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində - FOTO

Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində - FOTO

Hazırda oxunan: Xocavənddə vəhşi heyvan TƏHLÜKƏSİ - Kənd sakinləri qorxu içində - FOTO

594310

Vəhşi heyvan kəndə hücum edib, onlarla ev quşalarını məhv edib.

Hadisə Xocavənd rayonunun Qırmızı Bazar Qəsəbəsində baş verib.

Kənd sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, Vaşaq adlandırılan yırtıcı heyvan gecə saatlarında həyətyanı sahələrə daxil olaraq ev quşlarına hücum edib və onları tələf edib.

Kənd sakini Elşən Soltanova məxsus 13 qaz, 5 ördək və onlarla toyuq yırtıcı heyvan tərəfindən məhv edilib.

Onlar kənddə belə vəhşi heyvanların çox olduğunu, uşaqlara xəsarət yetirəcəyindən ehtiyat etdiklərini bildiriblər.




Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO