Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi – FOTO/VİDEO

Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirildi – FOTO/VİDEO

594205

Gənclər və İdman Nazirliyi tərəfindən Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumu keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, forumun ikinci günündə gənclər və idman naziri Fərid Qayıbov, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave açılış nitqi ilə çıxış ediblər.

S. Qəhrəmanov, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində gənclərin fəal iştirakının vacibliyini vurğulayıb. O, bildirib ki, Qarabağ Universitetində təhsil alan gənclər Xankəndinin inkişafında mühüm rol oynayırlar və şəhər gənclər üçün yeni imkanlar mərkəzinə çevrilir.

Daha sonra çıxış edən gənclər və İdman naziri Fərid Qayıbov isə bu il Azərbaycan Gənclərinin Forumunun 30 illiyinin qeyd olunduğundan və forumun azad olunmuş Xankəndi şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığından danışıb. Nazir azad edilmiş şəhər və rayonlarda beynəlxlaq tədbirlərin təşkil olunduğunu, Qarabağ bölgəsinin müasir şəhərsalma prinsipləri əsasında sürətlə yenidən qurulduğunu da xüsusi vurğulaylb. O, həmçinin qeyd edib ki, bu il Goranboy şəhəri “Gənclər paytaxtı” elan olunub və bu münasibətlə silsilə tədbirlər keçiriləcək.

Forum çərçivəsində “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar təşkil olunub.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17–22 may tarixlərində Bakıda keçiriləcək.

Foruma gedən yol çərçivəsində Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində gənclər də daxil olmaqla müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO